İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya rəsmilərinin qorxduqları "bozqurd" işarəsi – dünyanın ona ehtiyacı var

725 05.07.2024 16:32 Analitika A A

İdman siyasətdən kənar qala bilmir. Bu, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında özünü daha açıq və eybəcər şəkildə göstərdi.

Türkiyə millisinin oyunçusu Merih Dəmiral Avstriya ilə 1/8 final qarşılaşmasında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərib. Yeri gəlmişkən, 2:1 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatan oyunda hər iki qolun müəllifi o olub.

Buna etiraz olaraq guya bir sıra təşkilatlar məsələnin araşdırılmasını və futbolçunun cəzalandırılmasını tələb edib.

UEFA Merih Demiralın 2 oyunluq cəza alması barədə qərar qəbul edib. Türkiyə Futbol Federasiyası qərardan apellyasiya verib.

Qeyd edək ki, Türkiyə millisi iyulun 6-da AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

UEFA belə qəbul etdiyindən siyasətlə məşğul olmuş sayılır. Çünki federasiya siyasətin futbola müdaxiləsinə qarşı çıxış edib. Odur ki, bu qərarı ilə qurum nizamnaməsini ciddi şəkildə pozub.

Türkiyənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, UEFA tərəfindən Merih Dəmiral haqqında intizam araşdırmasına başlanması qəbuledilməzdir.

MESUT.jpg (55 KB)

“Bozqurd” işarəsi faşist Almaniyasındakı salamlaşma kimi dünyada qadağan edilmiş jest deyil. Bu işarə iki ölkədə - Avstriya və Fransada yasaqlanıb.

Almaniya Federal Konstitusiyanı Müdafiə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda “bozqurd” işarəsi edən hər kəsin həddindən artıq sağçı kimi təsvir ediləməyəcəyi vurğulanıb. Bu baxımdan "bozqurd" işarəsi Almaniyada qadağan olunmuş simvol deyil. Rəsmi Berlinin məsələ ilə bağlı Merih Dəmirala göstərdiyi reaksiyalar onun öz qanunlarından xəbərsizliyini göstərir.

Yeri gəlmişkən, Almaniyanın daxili işlər naziri Nensi Fayzer futbolçunun qol bayramını hədəfə alaraq, UEFA-dan ona qarşı sanksiya tətbiqini tələb edib.

O, daha sonra qeyd edib ki, Almaniyanın təhlükəsizlik qüvvələri ölkədəki “ifrat sağçı türkləri” yaxından izləyir: “Bozqurdlar” Federal Konstitusiyanın Müdafiəsi İdarəsinin nəzarətindədir”. Daxili işlər nazirinin belə açıqlaması əslində Almaniyada etnik zəmində iğtişaş yarada bilər.

“Bozqurdlar” adlı təşkilat heç vaxt olmayıb. Yunan və ermənilər türklərə qarşı müxtəlif terror qrupları yaradıblar. Onlar öz fəaliyyətlərini ört-basdır etmək üçün türklərin də onlara qarşı belə bir dəstə yaratdığını iddia ediblər. Əli Ağcanın Roma Papası II İoahann Pavelə qarşı sui-qəsd cəhdində “boz qurdların” adının hallanması isə cəfəngiyyatdır. Çünki o, bolqar İvanovla birlikdə bu cinayəti törətmək istəmişdi.

Sonrakı hadisələr də bunu təsdiqləyib.

MESUTO.jpg (49 KB)

Ancaq Almaniyanın kənd təsərrüfatı naziri Cem Özdəmirin iddiaları açıq-aşkar Türkiyə düşmənliyidir. O da Nensi Fayzer kimi Demiralın cəzalanmasını istəyib.

Cem Özdəmir kimdir? O, Qafqazdan Türkiyəyə köç etmiş ailənin oğludur. Oradan Almaniyaya köçüb. Almaniyada radikal millətçi olaraq çıxış edən Yaşıllar Partiyasının aparıcı fiqurlarındandır. 2015-ci il martın 17-də İrəvanda ermənilərin uydurma soyqırımı abidəsinə əklil qoyub. Özdəmir orada verdiyi açıqlamada Türkiyəni “erməni soyqırımı"nı tanımağa, Ermənistanla Alican sərhəd qapısını açmağa, əlaqələri normallaşdırmağa çağırış etmişdi. O, daim Türkiyənin ərazi bütövlüyünü təhdid edən terrorçu qrupları müdafiə edib, onların mənafeyindən çıxış edib. Bir sözlə, Cem Özdəmir Almaniyada anti-Türkiyə qüvvələrinə Almaniya hökumətində qanunsuz lobbiçilik fəaliyyəti ilə məşğul olur.

Qurd, bəzilərinin canavar dediyi söz haqqında xatırlatma etmək istərdik. Almanca “volf” sözünün mənası “qurd” deməkdir. Bu ölkədə Aşağı Saksoniya Torpağında Volfsburq şəhəri var. 1945-ci il sentyabrın 12-də “Volfsburq” adlı peşəkar futbol klubu yaradılıb. Klubun sponsoru isə Almaniyanın avtomobil şirkəti “Volkswagen Konzern”dir. Klub 2008 və 2009-cu illərdə Almaniya çempionu olub. Almaniyada Volf adı və soyadı məşhurdur. Hətta ölkənin ən qədim sülalərindən biri Volf adlanır. Bunu yazmaqda məqsədimiz qurd totemi və adının işarəsinin Almaniya tarixi, ictimaiyyəti üçün yeni, faşizmin, terrorun rəmzi olmadığına diqqəti çəkməkdir.

DİQQET.jpeg (89 KB)

Başqa bir məsələ - bəzi ölkələrdə xoruz toteminə fərqli münasibət var. Ancaq Fransada keçiriləcək Yay Olimpiya Oyunlarının talismanı xoruzdur. İndi Fransanın uyğun qurumunu həmin dövlətlər “təhqir olduqlarını” əsas göstərərək məhkəməyə versin? Bu totem hətta Fransanın Milli Olimpiya Komitəsinin bayrağında da var. "Xoruz" toteminin qədim tarixi var. O başqa etnosların bir zamanlar inanclarında da mühüm yer tutub.

TUTUB.jpeg (37 KB)

“Bozqurd” jesti də yeni deyil. O, islamdan əvvələ aiddir. Buddist mədəniyyətindən türk xalqlarına aid edilib. Tarixi araşdırmalara əsasən, türklərin Qərbə köç edən hun, qıpçaq və peçeneq kimi tayfaları öz nəsillərini boz qurdla təmsil ediblər. Bu simvoldan türk düşmənliyinin ideoloqu hesab edilən fars şairi Əbülqasim Firdovsi də bəhs edib.

"Bozqurd" türklər üçün yol göstərən, xilaskardır. O, kimsəni, xüsusən zəifləri tapdamır. Rusiyanın tabeliyində olan Başqırdıstan (Başqordustan) Respublikasının adı da Merih Dəmiralın göstərdiyi boz qurdlardan götürülüb.

“Boz qurd” işarəsinə hücum yeni hadisədir. Onu 2019-cu ildə Avstriya, 2020-ci ildə isə Fransa qadağan edib. Bu, Türkiyəyə qarşı düşmənliyin göstəricisidir. Onlar boz qurdu həm də ölkənin rəmzi sayırlar. Bu həm də türklərə qarşı yüzillik siyasi, ideoloji, hərbi savaşın davamıdır. Onlar fürsət düşən kimi belə mənasız məsələlərdən Türkiyəyə qarşı istifadə etməyə səy göstərirlər. Birinci dünya müharibəsində Osmanlı imperiyasından zərbə alanlar, onu sındıra bilməyənlər “erməni soyqırımı” adlı uydurma məsələ ilə Türkiyəyə təzyiqlərə başlayır. Hər iki hadisədə Fransanın izi aydın görünür.

Onlar türk adından qorxduqları kimi, onun itindən, atından, hətta "boz qurd"undan çəkinirlər. “Boz qurd” işarəsi kimisə əzmək üçün deyil, qurtuluş yolunun göstərmək üçündür. Düşdüyü çıxılmaz vəziyyətdən qurtulmaq üçün dünyanın boz qurda ehtiyacı var. Dəmiral da bunu göstərib.

Sədrəddin İsmayılov,
Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR