İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya 6 ayda 7,5 milyard avroya yaxın dəyərində silah ixrac edib

388 30.06.2024 20:13 Dünya A A

2024-cü ilin birinci yarısında Almaniyadan silah ixracının həcmi kəskin şəkildə artıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı DPA agentliyi Almaniya İqtisadiyyat Nazirliyinin məlumatlarına istinadən yayıb.

Məlumata görə, yanvarın 1-dən iyunun 18-dək federal hökumət ən azı 7,48 milyard avro dəyərində hərbi malların ixracına icazə verib. Beləliklə, 2023-cü ilin birinci yarısı ilə müqayisədə artım 30 faizdən çox olub. İxracın demək olar ki, üçdə ikisi (65 faiz və ya 4,88 milyard avro) Ukrayna üçün nəzərdə tutulub.

Uzun müddət ərzində ilk dəfə olaraq Səudiyyə Ərəbistanı yenidən 132,48 milyon avro dəyərində hərbi məhsul alan beş əsas idxalçı ölkə arasındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR