İnsanlara hürriyət, millətlərə istiqlal!

Alina Kabayevanın fonduna milyonlarla pul köçürülüb - Faş olan gerçəklik

1184 22.04.2023 14:00 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putinin qeyri-rəsmi xanımı olduğu deyilən Alina Kabayevanın Fondu müharibə ilində əvvəlik dövrlərdən üç dəfə çox ianə alıb.

Həmin pulların, vəd edildiyi kimi, "əlil uşaqlara" deyil, Kabayevanın festivallarına və kilsənin hesabına getdiyi məlum olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Alina Kabaeyva xeyriyyə fondu” 2022-ci ildə 217 milyon rubl (2 milyon 664 min ABŞ dolları) ianə alıb ki, bu rəqəm əvvəlki dövrlərdəki “pay”lardan dəfələrlə çoxdur (2021-ci ildə 74 milyon). 2021-ci ildən əvvəl isə fonda ümumiyyətlə, pul daxil olmayıb. Vladimir Putinin xanımına konkret kimin ianə verdiyi rəsmi olaraq açıqlanmır.

Fonda gələn pullar daha çox Alina Kabayevanın tədbirlərinə yönəldilib. Məsələn, Böyük Vətən Müharibəsinə həsr olunmuş “Alina” Bədii Gimnastika Festivalına 71 milyon, yəni 871 700 ABŞ dolları (2021-ci ildə - cəmi 184 min ABŞ dolları) sərf olunub. Lakin festivalın iştirakçılar üçün nəzərdə tutulan hədiyyələrə və mükafatlara bir rubl da xərclənməyib. Buna rəğmən həmin festivaldan görüntülərin və süjetlərin hazırlanmasına tam 26 milyon rubl (319 min ABŞ dolları) pul ayrılıb. Yeri gəlmişkən çəkilişlər elə Kabayevanın özünün rəhbərlik etdiyi Milli Media Qrupunun televiziya kanalı tərəfindən aprılıb.

Fonda gələn pulların böyük hissəsi- 130 milyonu (təqribən 1 milyon 600 min ABŞ dolları) Kabayevanın “Cənnət lütfü” (Nebesnaya qratsiya) adlı festivalına gedib. Onun 65 milyonu dekorasiyalara ayrılıb. Festival dekabr ayında “Sirius” federal ərazisindəki "Qazprom" idman kompleksində keçirilib. Fond zalı icarəyə götürmək üçün bir qəpik də xərcləməyib. Kabayeva əslində 2,2 milyard rublluq (27 milyon ABŞ dolları) nəhəng bir binaya faktiki olaraq sahiblənib.

Bütün bunların müqabilində xeyriyyə xərcləri üçün ayrılan məbləğ cüzi olaraq artırılıb (2021-ci ildə 27 milyon, 2022-ci ildə isə 28 milyon rubl). Halbki Fond öz saytında “ehtiyaclı, aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud uşaqlara yardım etdiyini” yazır. Ancaq yeganə ehtiyacı olan Feodosiya (Krım) Yeparxiyası olub ki, fonda yazılı müraciətiəndən sonra buraya 25 milyon rubl 9306 min ABŞ dolları) pul keçirilib. Tezliklə o, Moskva Patriarxlığına tabe etdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR