İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlərdən ŞOK PROQNOZ - Dünyada 110 milyon insan...

837 04.11.2023 14:00 Dünya A A

Alimlər onilliklərdir ki, qlobal istiləşmə səbəbindən Yer kürəsini vuracaq iqlim böhranı barədə xəbərdarlıq edirlər. Elm adamları artıq "El Nino" hadisəsinin Sakit Okeanda özünü büruzə verdiyini, bu ilin sonu və ya gələn ilin əvvəlində pik həddinə çatacağını bəyan ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "SciTechDaily" məlumat yayıb.

Alimlər proqnozlaşdırırlar ki, bəzi bölgələrdə çox, digərlərində isə az yağıntı məhsuldarlığa təsir göstərəcək. Onların hesablamalarına görə, dünyada təxminən 110 milyon insan ərzaq yardımından məhrum olacaq.

Xatırladaq ki, "El Nino" Sakit okeanın mərkəzi və şərq tropiklərində daha yüksək temperatur ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Elm adamları əvvəllər güclü "El Nino" hadisəsinin bütün dünyada yağıntılara birbaşa təsir etdiyini müəyyən edib.

Son proqnozlar iqlim hadisəsinin 2023-cü ilin sonuna sürət qazanacağını, sonra isə 2024-cü ilin ortalarına qədər yox olacağını göstərir. 

Belə ki, elm adamları 1961-ci ildən 2020-ci ilə qədər olan məhsuldarlığın və iqlim məlumatlarının təhlilindən istifadə ediblər. Tədqiqatın müəllifləri hesab edirlər ki, hazırkı "El Nino" quraqlıq səbəbindən Afrikanın cənubunda və Mərkəzi Amerikada qarğıdalı məhsuldarlığının aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, Avstraliyada buğda məhsuldarlığının azalacağı, düyü məhsuldarlığının azalmasının isə Cənub-Şərqi Asiyaya təsir edəcəyi gözlənilir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR