İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimentlə bağlı VACİB XƏBƏR- VİDEO

2204 07.08.2023 03:57 Son xəbər A A

"Aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir".

Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur.

Millət vəkilinin sözlərinə görə, problemin aradan qaldırılması üçün ''Aliment fond''u yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.

Hicran Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır.

Millət vəkili əlavə edib ki, məsələ yeniden parlamentdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə də daxil edilib. Sonradan məsələ Milli Məclis səviyyəsində də müzakirə olunsa da, bugünədək fondunun yaradılması müsbət həllini tapmayıb.

Mövzu ilə bağlı daha ətraflı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR