İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleyna Tilkinin konserti ləğv olundu - şok səbəb

1691 19.09.2022 14:45 Şou-biznes A A

Məşhur türkiyəli müğənni Aleyna Tilkinin konserti ləğv olunub. Buna səbəb sənətçinin sosial şəbəkədə LGBT-ni dəstəkləyən status yazması olub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aleyna Tilkinin konsertinin ləğv olunması haqda Osmancık Bələdiyyəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, sənətçi sosial şəbəkədə mədəniyyətə uyğun olmayan statuslar paylaşır:

“Bələdiyyəmiz tərəfindən 16-25 sentyabr tarixlərində Mədəniyyət və İncəsənət Festivalı keçirilir. Gənclərimizin təklifi ilə müğənni Aleyna Tilki gənclər konsertinə dəvət olunub. Osmancık qədim sivilizasiyalara ev sahibliyi etmiş tarix və mədəniyyət şəhəridir. Şəhərimiz sənətə və sənətçiyə böyük dəyər verir. Ancaq müğənni Aleyna Tilki müsahibələrində və sosial mediada mədəniyyətimizə sığmayan açıqlama verir. Onun sentyabrın 17-də sosial şəbəkədə yazdığı status ictimaiyyət tərəfindən təəssüflə qarşılandı. Bu baxımdan Aleyna Tilkinin sentyabrın 24-ü keçirilməsi planlaşdırılan konserti bu gündən etibarən ləğv edilib”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR