İnsanlara hürriyət, millətlərə istiqlal!

Aksent Bakıya gəlir  FOTO VİDEO

1056 25.02.2023 19:22 Şou-biznes A A

Məşhur rumın ifaçı Aksent Bakıya gəlir.

Musavat.com xəbər verir ki, müğənni martın 4-də Heydər Əliyev Sarayında solo konsert keçirəcək.

Qeyd edək ki, ulduz ifaçının Bakıya gəlişi ilk dəfə deyil.

DJ Adrian Claudiu Sana 1999-cu ildə özünün pop-qrupunu ərsəyə gətirmək qərarına gəlib və yaratdığı qrupu “Akcent” adlandırıb. Musiqiçilər mahnılarını ingilis, fransız və ispan dillərində ifa ediblər. Qrup dinləyicilərinə xaus, avrodans, avrodisko, pop kimi janrlarda mahnılar təqdim edib. 2013-cü ildən qrupda tək qalan DJ Aksent adı ilə solo konsertlər verməyə başlayıb.

Sənətçinin məşhur trekləri arasında “Jokero”, “On And On”, “My Passion”, “Enigma”, “Amor Gitana” və başqalarını qeyd etmək olar. Aksent Rumıniyanın 10 ən məşhur sənətçisindən biridir. Onun “YouTube” platformasındakı 10 bəstəsi 100 milyona yaxın baxış toplayıb. “Spotify”da hər ay ərzində üç-beş milyon istifadəçi onu dinləyir.

Biletləri iTicket.az saytından və Bakı şəhərində yerləşən kassalardan əldə etmək mümkündür.

Xalidə Gəray
Musavat.com

1677068836_883db0bb-0487-4d80-9ca6-63392e7d4857.jpg (27 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR