İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Nağıdan SENSASİON AÇIQLAMA: “İrəvanın 2 kilometrliyinədək irəliləməliyik”

1018 08.05.2023 16:45 Siyasət A A

“Son məlumat təsdiq olunarsa, Qərbin Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ilə yaxından məşğul olmaq istədiyi qənaətinə gəlmək olar”.

Bunu Musavat.com-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib.

Partiya rəhbərinin sözlərinə görə, liderlər arasında anons edilən Brüssel görüşü bir çox cəhətdən önəmli ola bilər: “Rusiya Vaşinqton görüşünün şokundan qurtarmamış ikinci zərbəni alacaq. Onsuz da Rusiya bütün parametrlərdə uduzmaqda, mövqelərini itirməkdədir. Paşinyanın Vaşinqton danışıqları bitməmiş Rusiyaya səfər edəcəyi ilə bağlı açıqlama verməsi də Kremlin incikliyinin bir qədər yumşaldılmasına xidmət edirdi. Belə görünür ki, ABŞ bu cür davamlı təşəbbüslərlə Rusiyanı prosesdən tam uzaqlaşdırmaq istəyir”.

Akif Nağı hesab edir ki, danışıqların keyfiyyət dərəcəsi ilə bağlı bir şey demək çətindir: “Amma kəmiyyət baxımından Qərb Rusiyanı xeyli üstələyir. Rusiya hadisələrin gedişinə təsir imkanlarını, demək olar ki, itirib. Yalnız Ermənistanın əli ilə nəsə edə bilər, o da artıq real görünmür. İrəvan daha çox Qərbdən siqnal gözləyir, Rusiyanı, necə deyərlər, yola verir. Ermənistan Qarabağda erməni varlığını qoruyub-saxlamağa çalışır. Bunun üçün “Rusiya sülhməramlıları” adı altında rus hərbi qüvvələrinin regionda saxlanılması vacibdir. Rusiya da regionda qalmaq üçün az da olsa, erməni mövcudluğunu orada saxlamalıdır ki, guya onların təhlükəsizlik məsələləri ilə məşğul olsun. Onlar beləcə üst-üstə düşən maraqları ilə birgə hərəkət edirlər”.

Bütün bunlara rəğmən, A.Nağının fikrincə, yaxın vaxtlar üçün sülh müqaviləsinin imzalanması real deyil: “Çünki bu sülhdə Rusiya və Ermənistan maraqlı deyil. Ermənistana yenidən güc tətbiq etməsək, sülh olmayacaq. “Bütün müharibələr sülhlə bitir” ifadəsi təsadüfən deyilməyib. Mən bu ifadənin açmasını belə verərdim ki, müharibəsiz sülh mümkün deyil, sülh olması üçün müharibə olmalıdır. Biz Xankəndinin 2 kilometrliyində olanda ermənilər bütün şərtlərimizi qəbul etdi. İndi son nəticənin əldə olunması üçün İrəvanın 2 kilometrliyinədək irəliləməliyik. Onda hər şey yerini alacaq”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR