İnsanlara hürriyət, millətlərə istiqlal!

Akar: "Türkiyə Silahlı Qüvvələri son 7 ildə 35 268 terorçu zərərsizləşdirib"

285 09.07.2022 18:00 Region A A

“Türkiyə Silahlı Qüvvələri son 7 ildə 35 min 268 terrorçu zərərsizləşdirib”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi rəhbərlərlə birgə sərhəd xəttində yoxlamalar zamanı bildirib.

“2015-ci il iyulun 24-dən bu günə qədər 35 min 268 terrorçu, Suiyanın və İraqın şimalında isə bu il başlayandan indiyədək 1 999, Pençe-Kilit antiterror əməliyyatı nəticəsində isə 277 terrorçu zərərsizləşdirilib. Terrorçuların hinlərini başlarına uçurmuşuq və bunu davam etdiririk”, - Hulusi Akar vurğulayıb.

Ukraynaya humanitar yardım və təxliyə tapşırığı ilə uçan Türkiyənin iki təyyarəsi barədə də məlumat verən Hulusi Akar deyib:

“Tərəflərlə görüşlərimiz davam edir. Qarşıdan gələn günlərdə bu məsələnin təhlükəsiz şəkildə həllinə çalışırıq”.

Qeyd edək ki, humanitar yardım aparıb və oradan dinc sakinləri təxliyə etmək üçün yollanan Türkiyənin iki təyyarəsi Ukrayna hava məkanını bağlandığı üçün geri qayıda bilmir. Həmin ərazi hazırda Rusiya hərbçilərinin nəzarəti altındadır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR