İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə üzvü: "Ərdoğanın sağlıq durumu yaxşıdır, heç bir ciddi problem yoxdur" - EKSKLÜZİV

756 27.04.2023 17:20 Son xəbər A A




Türkiyədə keçirilən prezident seçkilərini Azərbaycan vətəndaşları da yüksək diqqət və maraqla izləyirlər.

Musavat.com bildirir ki, Azərbaycan əhalisinin simpatiyası daha çox indiki prezident Rəcəb Tayyib Ərdoğandan yanadır.

Buna görə də Ərdoğanın qəfil xəstələnməsi və bunun ətrafında yayılan söhbətlər Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat etməkdədir.

Bununla bağlı daha dəqiq məlumat almaq üçün Musavat.com Ərdoğanın ailə üzvlərindən biri -dayısı oğlu Mehmet Mutlu ilə (Uşaq Oyunları Federasiyası başqanı) əlaqə saxlayıb.

281762.jpg (39 KB)

Mehmet Mutlu bildirib ki, Türkiyə prezidentinin sağlıq durumu yaxşıdır, o, mitinqlərdə bir qədər soyuqlayıb. Mehmet Mutlu onu da qeyd edib ki, Ərdoğanın sağlıq durumu normal vəziyyətə dönüb və ən qısa zamanda şəxsən seçki kampaniyasına qatılacaq. Onun seçki qərargahı isə hazırda heç bir fasilə vermədən, var gücü ilə çalışır:

“Biz əminik ki, bu seçkiləri Ak Parti, onun əvəzsiz lideri Rəcəb Tayyib Ərdoğan qazanacaq”,-deyə Mehmet Mutlu əlavə edib.

Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.

Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.

Dövlət başçısının aprelin 26-na nəzərdə tutulan proqramı təxirə salınmışdı.

 

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR