İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aİ və ABŞ Ermənistan üçün alternativ ola bilməz” - Ovannisyan

500 22.07.2024 17:50 Son xəbər A A

“Bir çox ekspertlər Ukraynadakı münaqişənin gələn il ərzində bitəcəyinə inanmağa meyillidirlər. Əgər 2024-cü ilin noyabrına planlaşdırılan ABŞ prezident seçkilərində Respublikaçıların nümayəndəsi Donald Tramp qalib gəlsə, o zaman Ukraynadakı münaqişə daha tez bitə bilər. Bundan sonra qlobal və regional siyasi maraqlar kəskin şəkildə dəyişəcək və Ermənistan dünya oyunçuları üçün tamam başqa maraq obyektinə çevriləcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi yerli politoloq Andranik Ovannisyandır.

Onun sözlərinə görə, bu kontekstdə Ermənistanın Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığının dərinləşməsi hakimiyyət tərəfindən Rusiya, İran və Çinlə əməkdaşlığa alternativ kimi qəbul edilməməlidir.

“Bəs Ermənistan beynəlxalq arenada mümkün dəyişikliklərə hazırdırmı, yoxsa Ermənistan hakimiyyəti “xarici siyasətin şaxələndirilməsi” oyununu davam etdirəcək?”, - deyə erməni ekspert bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR