İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ missiyası özünü ifşa etdi: “Sərhəddə yatmış idim, top atdılar, oyanmadım...”

1532 14.04.2023 08:37 Siyasət A A

Ermənistan monitorinq missiyasının rəhbəri Markus Ritteri Dığ kəndindəki   mövqelərə getməyə razı salmağa çalışıblar, ancaq buna nail olmayıblar

Sərhəddə yaranmış gərginliklə bağlı Avropa İttifaqı (Aİ) bəyanat yayıb və tərəfləri danışıqlar masasına dəvət edib. Aİ-nin missiyası isə Ermənistan-Azərbaycan sərhədində təxribat qeydə almayıb. Absurd səslənsə də, bu barədə Aİ-nin diplomatik xidməti məlumat yayıb.

Bildirilib ki, Aİ-nin Ermənistandakı missiyası öz mandatı çərçivəsində aprelin 11-də səhər saatlarında insident baş verən ərazidə dövri patrullar həyata keçirib, lakin təxribat zamanı orada olmayıblar. Missiya sərhəddəki atışma barədə həmin gün axşam saatlarında Ermənistan hakimiyyətindən məlumat alıb.  Ermənistan Xarici İşlər Nazirliyi monitorinq missiyasının rəhbəri Markus Ritteri Dığ kəndi istiqamətində erməni mövqelərinə getməyə razı salmağa çalışıb, ancaq buna nail olmayıb. Bu barədə Ermənistanın “Telegram” kanalları məlumat yayıblar. Bildirilib ki, Aİ missiyası, hətta erməni hərbçilərinin müşayiəti ilə kəndə getməkdən boyun qaçırıb.

Maraqlıdır ki, iki gün əvvəl “Politico” nəşri Avropa İttifaqında diplomatik xidmətin yüksək rütbəli rəsmisinə istinadən patrul xidməti ilə bağlı məlumatları Bakıya da çatdırıldığı haqda xəbər yayılmışdı. “Biz patrul xidmətləri və digərləri haqqında lazımi məlumatları Azərbaycanla bölüşürük, çünki heç bir problem istəmirik”, - deyə adı açıqlanmayan Aİ rəsmisi bildirmişdi.

Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu – SumqayitXeber.Com

Mahir Abbaszadə 

Deputat Mahir Abbaszadə Avropa İttifaqı missiyasının əsl iç üzünü açıb tökdü: “Bu ayın 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən hadisə və bu hadisə nəticəsində hər iki tərəfdən itkilərin olması bir daha göstərir ki, əslində Azərbaycan-Ermənistan sərhədində davamlı, təhlükəsiz sülhə böyük ehtiyac var. Həm də bu hadisə onu göstərir ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələsi öz həllini tapmayıb. Nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi təmin olunmayıb, sərhədlərdə ermənilər tərəfindən təxribatlar davam edəcək. Bunun nəticələri də göz qarşısındadır. Təbii olaraq, bizdə bir sual yaranmaya bilməz. Necə olur ki, Azərbaycan 2 il yarıma yaxındır ki, bütün torpaqlarını azad edib, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib, bu müddətdə Qarabağda müharibə demək olar ki, tamamilə bitib, amma sərhədlərimizdə hələ də belə hadisələr baş verir? Bütün bunlar da təbii ki, sülhə və təhlükəsizliyə birbaşa təhdiddir. Belə görünür ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların açılması, yaxud bərpa olunması, görünür, kimlərinsə, hansısa dövlətlərin marağında deyil. Düşüncəmə görə, bu maraqda olmayanlardan biri də Avropa İttifaqının bu gün Ermənistana göndərdiyi missiyadır. Bu missiya nə qədər ki, Ermənistanda fəaliyyət göstərir, Ermənistan-Azərbaycan sərhədlərinə gəlir, nə qədər ki, bu missiyada silahlı jandarmlar təmsil olunur, belə görünür ki, bunlar Azərbaycanla Ermənistan arasında təhlükəsizliyin əldə edilməsində maraqlı deyillər. Belə olan təqdirdə məhz Avropa İttifaqı özü-özünü təkzib edir. Bir tərəfdən, Şarl Mişelin sədrliyi altında Avropa Şurası rəhbərliyi Azərbaycan-Ermənistan rəhbərliyi ilə görüşür və bu görüşdə sülh müqaviləsini, sülh müqaviləsində olan məsələləri müzakirə edir-biz bunu alqışlayır-amma başqa tərəfdən görürük ki, Avropa İttifaqı missiyası Azərbaycana demədən, rəsmi Bakı ilə razılaşdırmadan təkcə Ermənistanın rəy və təkliflərini nəzərə alaraq, Azərbaycan-Ermənistan sərhədinə öz missiyasını göndərir. Missiyanın da verəcəyi töhfə təbii ki, sülh deyil, görünən odur ki, onların töhfəsi yenidən insanların həyatlarını itirmələri, qarşıdurmaların olması, atəş səslərinin gəlməsi və ciddi hərbi qarşıdurmaların baş verməsidir. Belə olan halda isə Azərbaycan tərəfi əvvəllər də dəfələrlə bildirirdi ki, üçüncü tərəflərin Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə etməsi sonda vəziyyətin ciddi şəkildə gərginləşməsinə gətirib çıxaracaq. Məhz Avropa İttifaqı missiyasının bu hadisənin baş verməsindən sonra həyasızcasına regionda elə bir insidentə rast gəlməmişik, belə bir hadisənin şahidi deyilik kimi bəyanat verməsi, onun arxasınca Ermənistanın Teleqram kanallarının yaydıqları məlumatlara görə, Ermənistan Xarici İşlər Nazirliyinin təkidlərinə baxmayaraq, missiyanın Azərbaycan-Ermənistan sərhədində yerləşən Dığ kəndinə gəlməməsi, hadisə yerinə baxış keçirməməsi bir daha onu göstərir ki, Avropa İttifaqı missiyasının məqsədi burada təhlükəsizlik, sülh məsələləri deyil, əksinə, bu regiona ancaq və ancaq müharibə gətirmək, qarşıdurma yaratmaqdır. Amma həm Ermənistan rəhbərliyi, həm də Avropa İttifaqı rəhbərliyi unutmamalıdır ki, Azərbaycan 30 il müddətində işğal altında olan torpaqlarını geri qaytarıb, Azərbaycan Ordusu bu gün dünyanın ilk 50 ordusu sırasındadır. Öz sərhədlərimizdə bizim ölkənin sərhədlərini pozmaq istəyən, təxribatlar törətməyə cəhd edən düşmən hər zaman layiqli cəzasını alıb, bu gün də alır, gələcəkdə də təhlükəsizlik orqanlarının nümayəndələri, hərbiçilərimiz vətənin keşiyində çox mərd dayanıblar, ordusunun döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Bütün dünya ictimaiyyəti, həmçinin Ermənistan və Avropa İttifaqı rəhbərliyi bilməlidir ki, regionda möhtərəm cənab prezident İlham Əliyevin göstərdiyi yoldan, ifadə etdiyi formatdan başqa bölgəyə davamlı sülh gətirə biləcək ikinci bir yol yoxdur. Bu yol da Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasından, ərazi bütövlüyümüzü tanımasından, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, Ermənistan üçün tragikomik bir vəziyyət yaranıb: “Hamıya yalvarırlar, kimdən dəstək istəyirlərsə, ümidlər puç olur. Dəstək istədikləri Rusiya, İran, Avropa, Amerika-hamısı Ermənistanı yarı yolda qoyur. Burada hiyləgər və bədnam qonşularımızın da günahı var. Çünki müttəfiqlərinə belə münasibətdə qeyri-səmimidirlər. Eyni vaxtda iki və ikidən çox stulda oturmaq istəyirlər. Təbii ki, regiondakı maraqlı dövlətlər, tərəflərin də öz maraqları var. Avropa, Amerika, Rusiya, İran, hətta Hindistan Ermənistanı dəstəkləsələr belə, Türkiyə-Azərbaycan reallığını da qəbul etməyə məcburdurlar. Regionda bir reallıq yaranıb və bu reallığı quran 2020-ci il Qarabağ müharibəsinin nəticəsidir. Müharibənin nəticələri ilə Ermənistan və dostları hesablaşmağa məcburdurlar. Avropalılardan ibarət sərhəddə təyin edilən komissiya aydın məsələdir ki, özlərini riskə atan deyillər. Sərhəddə baş verən son hadisə də bunu göstərdi. Görün vəziyyət nə yerdədir ki, avropalıların, ümumiyyətlə, sərhəddəki son insidentdən xəbərləri olmayıb. Avropa Komissiyasının Ermənistan üzrə məruzəçisinə Azərbaycan və Ermənistan arasında müəyyənləşməyən dövlət sərhədində baş verən son hərbi insident barədə sual verirlər, o isə cavabında "mənim xəbərim yoxdur" deyir. Doğrudan da avropalı komissarlarla bağlı gülməli vəziyyət yaranıb. Avropa tərəfinin Ermənistana bu cür tragikomik münasibəti Bakının maraqlarına cavab verir. Və bu bir daha onu göstərir ki, Avropanın Azərbaycan-Ermənistan sərhədindəki müşahidəçi missiyası real heç nəyə təsir edə və ermənilərə də kömək edə bilməz. Bu müşahidə missiyasını ermənilər dəvət edəndə düşünürdülər ki, Azərbaycan avropalıları təxmini sərhəddə görən kimi çəkinəcək. Tərəflər arasında son qanlı toqquşma ermənilərin bu arzusunun da puça çıxdığını göstərdi".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR