İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağsuda 3 narkotacir tutulub

707 16.09.2022 12:27 Kriminal A A

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən olunaraq saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ağsu şəhər sakini Vidadi Qədimov şübhəli şəxs qismində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin psixotrop maddəni 30 manat müqabilində Sadiq adlı şəxsdən aldığı məlum olub. Davam etdirilən tədbirlərlə Sadiq Yolçuyev də tutularaq istintaqa təhvil verilib. Onun yaşadığı ünvandan isə metamfetamin aşkarlanıb.

Keçirilən növbəti əməliyyat zamanı isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Xəyyam Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR