İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam və Ağcabədidə evlərdən 17 min manatlıq qızıl oğurlanıb

735 02.05.2022 15:39 Kriminal A A

Ağcabədi rayonunda evdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinə aprelin 25-də evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyatla 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılıb.

Ağdamda isə evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev saxlanılaraq istintaqa cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR