İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə 70 yaşlı kişi arvadını öldürdükdən sonra intihara cəhd edib - TƏFƏRRÜAT

623 16.01.2023 11:53 Kriminal A A

Ağcabədi rayonunda arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı Əliyar Mehdiyev intihara cəhd edib.

Musavat.com APA-ya istinadən bildirir ki, Əliyar Mehdiyev 67 yaşlı həyat yoldaşı Güldəstə Mehdiyevanı kəsici-deşici alətlə öldürdükdən sonra bir neçə dərman ataraq intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, hazırda həkim nəzarəti altındadır. Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu bildirilib.

Əliyar Mehdiyevin səhhəti yaxşılaşdıqdan onun təqsirləndirilən şəxs qismində tanınaraq məhkəməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, ötən gün 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Əliyar Mehdiyev polis əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR