İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədi sakinindən 7 kq marixuana götürülüb - FOTO

428 02.08.2022 10:47 Kriminal A A

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb.

İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Onun ətrafında davam etdirilən araşdırmalarla rayon ərazisində gizlətdiyi narkotik də müəyyən olunub.

Həmin əraziyə baxış keçirilən zaman 7 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR