İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağacan Abiyevdən ölkəni tərk etməsinə REAKSİYA: “Mənə sataşanları rinqə çağırıram”

1002 23.02.2023 17:30 Gündəm A A


“Ölkədən getməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Heç vaxt xaricdə yaşamamışam”.

Musavat.com xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında sabiq deputat Ağacan Abiyev ölkədən getməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. Sabiq deputat Azərbaycandan kənarda heç vaxt yaşamadığını vurğulayıb:

“Heç vaxt belə şey olmayıb və yayılan məlumatlar tamamilə yanlışdır. Deyəsən, bu yaşda mənə sataşırlar, həmin şəxsləri rinqə çağırıram. Buyursunlar, gəlsinlər. Tanımırlar məni?! Əlbəttə ki, xaricdə olmuşam. Olimpiya Oyunlarının baş hakimi olmuşam, beynəlxalq dərəcəli hakiməm, boksçu olmuşam. Bunlara görə məni tanıyırlar da. Xaricə yarışa gedirəm də. Utanmırlar, sataşırlar mənə. 85 yaşında kişiyə sataşırlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR