İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞ Partiya prezident seçkiləri ilə bağlı QƏRAR VERDİ

1338 30.12.2023 18:36 Siyasət A A

Dekabrın 30-da AĞ Partiyanın iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib. 

Partiyanın İdarə Heyətinin iclasında qərar qəbul edilib:

"AĞ Partiyanın İdarə Heyəti kifayət qədər insani və təşkilati resurslara malik olmasına baxmayaraq, 07.02.2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkisində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib!

Partiya öz namizədi ilə seçkilərdə iştirak etməməyi qəbul olunmuş yeni strategiyasının tərkib hissəsi kimi qəbul edir.

Bu strategiya ictimai diqqəti mövcud siyasi məsələlərə, vətəndaşların siyasi proseslərdə iştirakının aktiv təmin edilməsinə və ən əsası uzunmüddətli siyasi məqsədlərə hədəflənib.

Bu qərar həmçinin partiyaya siyasi mühitdə mövqeyini yenidən qiymətləndirmək və gələcək seçki strategiyalarını daha effektiv şəkildə planlaşdırmaq imkanı verir.

Bu da öz növbəsində gələcəkdə daha güclü və daha təsirli siyasi proses başlatmaq üçün zəmin hazırlayır.

AĞ Partiyanın Ali Orqanı həmçinin, qanunvericiliyə müvafiq olaraq bu seçkiyə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AĞ Partiya tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərar qəbul edib.

Partiya üzvləri bu seçkidə öz seçimini azad şəkildə ifadə edəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR