İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən Ukrayna ilə bağlı açıqlama: “Pulumuz tükənib”  

574 04.12.2023 16:31 Dünya A A

“Ağ Ev Konqresə bildirib ki, ABŞ-ın Kiyevə yardım üçün vəsaiti ilin sonuna qədər kəsiləcək”.

Musavat.com “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Evin İdarəetmə və Büdcə Ofisinin rəhbəri Şalanda Yanq deyib. O bildirib ki, ölkənin bu problemlə məşğul olmaq üçün sehrli bir maliyyə “qazanı” yoxdur.

Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq da Konqres liderlərinə məktub göndərərək, ABŞ-ın təqvim ilinin sonuna qədər Ukraynaya yardım üçün resurslarının tamamilə tükənəcəyi barədə xəbərdarlıq edib.

Sitat: “Pulumuz tükənib. Vaxtımız da demək olar ki, yoxdur”.

Yanq deyib ki, deputatların hərəkətsizliyi Ukraynanı döyüş meydanında diz çökdürəcək və bu, təkcə Ukraynanın qazanclarını təhlükə altına atmayacaq, həm də Rusiyanın hərbi qələbələri ehtimalını artıracaq.

Agentliyin məlumatına görə, Ağ Ev ABŞ Konqresinin Ukraynaya 61 milyard dollardan çox yardımı ehtiva edən təcili maliyyə paketini təsdiq etməsini istəyir. Respublikaçılar Kiyevə yardımı Meksika ilə sərhəddə təhlükəsizliyin maliyyələşdirilməsi ilə əlaqələndirmək istəyirlər. Bu məsələ ilə bağlı müzakirələr hələlik heç bir konkret nəticəyə gətirib çıxarmayıb. Konqresin Senatının dekabrın 15-də Milad tətilinə çıxması planlaşdırılır.

Vaşinqton administrasiyası 2024-cü ildə ilk növbədə İsrail və Ukraynaya kömək etmək, habelə Asiya- Sakit okean bölgəsində Çin və Rusiyaya qarşı çıxmaq üçün əlavə böyük büdcə ayırmaları üçün oktyabr ayında Capitol Hillə sorğu göndərib.

Ümumilikdə, prezident Co Baydenin rəhbərlik etdiyi icra hakimiyyəti bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR