İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

655 15.05.2024 01:06 Dünya A A

ABŞ Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, bu ölkə ilə münasibətləri əsaslı şəkildə dəyişə bilər.

"Report" xəbər verir ki, bu xəbərdarlığı Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə edib.

"Bu qanun layihəsi qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə yenidən baxmağa məcbur edəcək", - sözçü deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR