İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

382 09.06.2026 19:28 İdman A A

Somalili FIFA hakimi Ömər Əbdülqadir Artanın ABŞ-yə buraxılmaması və geri qaytarılması qalmaqal doğurub.

Artan Mayamiyə Türkiyədən uçub. O, hava limanında əlavə yoxlamadan keçirilib. Yoxlamadan sonra somalili referinin ölkəyə girişinə icazə verilməyib.

Ömər Artan dünya çempionatında iştirak edən ilk somalili hakim olmaq şansını itirib. O, Afrikanın ən yaxşı hakimi seçilmişdi. Onun fəaliyyətini hətta FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina da yüksək qiymətləndirib. pizza

FIFA məsələ ilə bağlı açıqlamasında hakimin DÇ-də iştirak etməyəcəyini təsdiqləyib və viza-miqrasiya prosedurlarının ev sahibi ölkənin səlahiyyətində olduğunu bildirib.

ABŞ tərəfi isə Artanın statusunun dəyişdirilməyəcəyini açıqlayıb./yenisabah/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR