İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Zəfər yürüşümüz hərb və diplomatiya sahəsində yeni bir səhifədir”

514 14.03.2024 16:47 Siyasət A A

Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan, Vətən müharibəsində qazanılmış Zəfərimizə həsr olunan “Fenomen” kitabının təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, mərasimdə çıxış edən Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxışında Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində sülhün qarşısında əngəl olmaqla yanaşı təxribatlara davam etməsini, sülh sazişinin əsas elementləri üzərində birgə razılığın əldə olunmasına az qalmış Ermənistanın hər zaman bundan yayınmasını və dekonstruktiv mövqe sərgiləməsini qeyd edib. 2020-ci ilə qədər münaqişənin dondurulması və unudulmasına çalışan düşmənin atdığı addımların əsas məqsədi Qarabağ məsələsini gündəlikdən çıxartmaq olduğunu, lakin, Ermənistanın bu səyləri hər zamankı kimi nəticəsiz qaldığı, nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilən ölkə başçısının düşmənin bu hərəkətlərinin fərqində olmasını və adekvat addımların atıldığını bildirib.

Sədr müavini Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun silah arsenalının müasir silahlarla zənginləşdirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması və müasir silahlardan, döyüş sursatlarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə genişmiqyaslı işlərin aparıldığını, nəticə etibarı ilə hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətlərinin, bacarıqlarınin hər keçən gün daha artmasını və Ordumuzun dünyanın ən güclü 50 ordusu sırasında yer almasını qeyd edib.

Vitse-spiker Adil Əliyev Vətən müharibəsindən bəhs edərək, Rəşadətli ordumuzun öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq tarixi savaşın başladığını və 44 günlük Zəfər yürüşündə 30 illik işğala son qoymasını qeyd edərək, Şuşanın fəthinin tariximizə Zəfər Günü kimi yazılmasını bildirib. İkinci Qarabağ müharibəsinin gedişində dövlət başçısının həm hərbi, həm də diplomatik müstəvidə atdığı addımlara toxunan Sədr müavini, dövlət başçısının əməliyyatlara şəxsən nəzarət edərək, döyüşən orduya tapşırıqları birbaşa özü verdiyini qeyd edib. Eləcə də, qələbəni şərtləndirən mühüm amillərdən biri şəxsən ölkə başçısının xarici media vasitələrinə 30-dan çox müsahibə verməsini, bu müsahibələrin həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynamasını bildirib.

Adil Əliyev İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin, qazandığımız böyük zəfərin, 2023-cü ilin sentyabrın 19-da keçirilən, 24 saatdan az müddətdə həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatları ilə suverenliyimizin tam bərqərar edilməsini bildirib.

Vitse-spiker çıxışında Aprel döyüşlərinin, İkinci Qarabağ müharibəsinin eləcə də ordumuz tərəfindən aparılmış digər hərbi əməliyyatların Prezident, Müzəffər Ali Baş Komandanın sərkərdəlik xüsusiyyətini, eləcə də dövlətimizin gücünün dünyaya nümayişinin əyani nəticəsi olmasını diqqətə çatdırıb.

Tədbirdə Nərimanov rayon rəhbərliyi, millət vəkilləri, tanınmış politoloqlar, incəsənət xadimləri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR