İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev Heydər Əliyevin 100 illiyi münasibətilə Pakistan mətbuatında məqalə ilə çıxış edib

424 09.05.2023 21:18 Siyasət A A

Milli Məclisin sədr müavini Adil Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə məqaləsi Pakistan mətbuatında yer alıb.

Musavat.com-un xəbərinə görə, İslamabadapost və digər məşhur saytlarda yer alan məqalədə Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildən ölkəmizə rəhbərlik etdiyi dövrdən bəhs edən məqalədə Azərbaycanda aparılan islahatlar, ilk hərbi liseyin qurulması, infrastrukturun yaradılması kimi mühüm məqamlar yer alıb.

Eləcə də, 1993-cü ildə xalqın ağır günündə hakimiyyətə gələn Ulu Öndərin öz canını Azərbaycana fəda edərək, dövlətimizin parçalanmasının, vətəndaş müharibəsinin qarşısını alması qeyd edilib. Sonrakı dövrdə sabitliyin təmin edilməsi və Azərbaycanın inkişaf mərhələsinə qədəm qoyması bildirilib.

Qeyd edək ki, vitse-spiker Adil Əliyev Pakistan parlamentində keçirilən tədbirdə iştirak etmək məqsədilə ayın 8-dən həmin ölkədə səfərdədir.

https://islamabadpost.com.pk/great-leader-heydar-aliyev-100/

https://dnanews.com.pk/great-leader-heydar-aliyev-100/ https://centreline.com.pk/.../great-leader-heydar-aliyev.../ https://thegulfobserver.com/great-leader-heydar-aliyev-100/

https://pakistaneconomicnet.com/story/90578/

https://en.dailyittehad.com.pk/story/18520

https://dnd.com.pk/great-leader-heydar-aliyev-100/289925

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR