İnsanlara hürriyət, millətlərə istiqlal!

Adı narkotik qalmaqalında hallanan ermənipərəst nazir İSTEFA VERDİ

1952 05.11.2023 14:18 Dünya A A

Uruqvayın daxili işlər naziri Luis Alberto Eber və bir neçə digər iri rütbəli məmur narkotik qalmaqalına görə istefa verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli Diaria portalı məlumat yayıb.

Bir müddət əvvəl Uruqvayın xarici işlər naziri Fransisko Bustilyo da istefaya göndərilib.

Nazir Bustilyonun adı Cənubi Amerikanın tanınımış narkobaronlarından Sebastyan Marsetə xarici diplomatik pasport verilməsi ilə bağlı yaranan qalmaqala qarışıb. Məlum olub ki, bu adam öz müavini Karolina Heçeyə narkobaronun cəmi 1 gündə pasportla təmin olunması üçün təzyiq göstərib. Sebastyan Marset isə İnterpol tərəfindən Paraqvay prokurorunu öldürmək suçundan axtarışa verilib. Hazırda o, Birləşmiş Ərəb Əmirliklərində gizlənir.

Prezident Luis Lacalye Pou şənbə günü Uruqvay pasportunun verilməsi ilə bağlı ölkədə yaranan böhrandan sonra daxili işlər naziri Luis Alberto Eber, nazir müavini Gilyermo Masiel və prezidentin kommunikasiya və strategiya üzrə müşaviri Roberto Laflufun istefalarını qəbul etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini indiyədək Daxili İşlər Nazirliyi Katibliyinin baş direktoru vəzifəsində çalışan Nikolas Martinelli tutacaq. Keçmiş xarici işlər nazirinin yerini indiki sənaye, energetika və dağ-mədən naziri Ömər Paqanini tutacaq.

Qeyd edək ki, bu həmin Bustilyodur ki, aktiv şəkildə Amerika qitəsində Azərbaycan və Türkiyə əleyhinə çalışıb. Qızğın ermənipərəst mövqeyi ilə tanınan bu adam müxtəlif beynəlxalq platformalarda Ermənistanı və Qarabağdakı separatçıları dəstəkləyən bəyanatlar verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR