İnsanlara hürriyət, millətlərə istiqlal!

Ad günü FACİƏ İLƏ BİTDİ – 3 ÖLÜ, 1 YARALI – FOTO

1082 16.10.2023 16:33 Hadisə A A

Türkiyənin Bursa şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Eda Nur Baykay adlı gənc qız 3 dostu ilə birlikdə restoranlardan birində ad gününü qeyd edib.

 

Daha sonra məkanı tərk edən gənclər Edanın dostu Adem Duranın avtomobilinə minərək İnegölə getmək istəyiblər. Həmin vaxt avtomobildə Edanın Sıla Çelik və Sinan Karakuş adlı dostları da olub.

Adem Duran avtomobili sürətlə idrarə etdiyindən yolda qəza baş verib. O idarəetməni itirib və avtomobil 50 metr yuvarlanaraq dəmir dirəyə çırpılıb.

Hadisə yerinə xeyli polis və təcili yardım cəlb edilib.

Qəza zamanı Eda Nur Baykay, Sıla Çelik və Sinan Karakuşun öldüyü müəyyən edilib.

Sürücü Adem Duran isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Eda Nur Baykayın faciə ilə bitən ad günündən geriyə qalan isə qəzadan bir saat əvvəl paylaşdığı ad günü fotosu olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR