İnsanlara hürriyət, millətlərə istiqlal!

Acunla Ərbil arasındakı sərvət mübahisəsi böyüyür

989 27.12.2023 19:37 Gündəm A A

Xəbər verdiyimiz kimi, türkiyəli şoumen Mehmet Əli Ərbil iş adamı Acun Ilıcalının sərvətinin qaynağını müzakirəyə çıxarıb.

Axşam.az xəbər verir ki, Ilıcalı məsələ ilə bağlı açıqlama verərək Ərbili telekanalındakı proqramlardan birinə aparıcı qoymadığı üçün belə bir addım atdığını deyib:

"Ona sadəcə gülürəm. "Çarkıfelek" proqramının aparıcılığını ona vermədiyimiz üçün bizə əsəbidir, bunu anlayırıq. Prodüserlə aktyor eyni pulu qazanırmı? Ərbil prodüser qədər qazanacağını artıq hesablayıbsa, həyata 5-0 başlayıb. Televiziyada bəlkə bir milyard insana proqram izlətdirirəm. Sonra da deyirlər, Acun necə pul qazanır? Nə gözəl dünyadır! Ərbillə nə vaxt bir araya gəlmişik? O, mənim kanalımda əvvəllər yer alıbmı? Mən hər kəsi kanalımda işlətməyə məcburam?".

Ərbilin Ilıcalıya cavabı gecikməyib:

"Sənət adamları arasında vergi rekordçusu mənəm. Qazandığım hər şey göz qabağındadır. Hətta indi yaşadığım evin qiyməti 10 milyon dollardır. Eks-xanımlarıma verdiyim evlərin cəmi də 10 milyon dollardır.

Heç vaxt qumarda bütün var-dövlətimi itirməmişəm. Ailəmin, övladlarımın gələcəyini təmin etmişəm. Heç işləməsəm də, övladlarımı, nəvələrimi təmin edəcək, kifayət qədər var-dövlətim var.

Acunun müxbir dostlarını 20-30 ildir tanıyıram. Onların heç birinin başının üstündə dam belə yoxdur. Allah "Acun, irəli, sadəcə sən" deyib? Bu, vergi ödəyən bir vətəndaş kimi mənə maraqlıdır. Dilan Polat da maraqlı deyildi, bu pullar haradan gəlir, mənbəyi nədir?

Acun mənə iş vermək məcburiyyətində deyil. Mən öz uğurumu sübut etmiş biriyəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR