İnsanlara hürriyət, millətlərə istiqlal!

Acun qətlə yetirilən müğənni haqda ilginc faktı açıqladı

1989 03.10.2022 17:54 Şou-biznes A A

Məlum olduğu kimi, ötən gün Türkiyənin Ankara şəhərində mahnının sözlərini bilmədiyi üçün müğənni Onur Şener qətlə yetirilib.

Musavat.com-un xəbərinə görə, “O səs Türkiyə” mahnı müsabiqəsinin təsisçisi və aparıcısı Acun Ilıcalı sosial şəbəkədə qətlə yetirilən müğənni barədə ilginc faktı açıqlayıb. Məlum olub ki, Onur Şener bir vaxtlar “O səs Türkiyə” müsabiqəsinin iştirakçısı olub.

“Onur Şenerin canına qəsd edən insanlıq düşmənlərini lənətləyirən. Bu canilərin onlara ibrət olacaq ən ağır cəzanı almalarını istəyirən. Gözəl qardaşımın məkanı cənnət olsun. Başımız sağ olsun”, - deyə Acun qeyd edib.

Xatırladaq ki, oktyabrın 2-də Ankarada əyləncə mərkəzlərinin birində Onur Şener müştərilərin istədiyi mahnını bilmədiyi üçün 3 nəfər tərəfindən ağır xəsarətlərə məruz qalıb. Müğənni xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, araşdırma davam edir.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR