İnsanlara hürriyət, millətlərə istiqlal!

AÇIQLANDI: Rusiya bu tarixdə kütləvi hücuma keçəcək – Elxan Şahinoğlu ilə “Canlı debat”

907 13.02.2023 13:13 Gündəm A A

Rusiya Ukraynaya qarşı kütləvi zərbələr endirmək taktikasından əl çəkməyib. Hücumlar arasındakı iki həftəlik fasilələri nəzərə alsaq, növbəti hücum məhz 24 fevralda Rusiyanın genişmiqyaslı işğalının ildönümünə təsadüf edə bilər.

Bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuka deyib. “İndi gəmi qruplaşması eyni saydadır, 8-ə qədər "Kalibr" raketi ilə təchiz edilmiş iki sualtı raketdaşıyıcı xidmətə davam edir. Bu, düşmənin raket hücumlarından əl çəkmədiyini göstərir”, - Qumenyuk bildirib.
Onun sözlərinə görə, bu, həm kütləvi hücum, həm də mümkün və məqsədyönlü zərbələr ola bilər: “Bir qayda olaraq sualtı qayıqlardan buraxılışları aşkar etmək çətindir. Beləliklə, düşmən bu zərbələrlə yerli əhalini qorxuda bilər”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR