İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda yuxulu sürücü yük maşınını beton arakəsməyə çırpdı - VİDEO

562 15.06.2023 20:05 Hadisə A A

Abşeron rayonu Xocəsən qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yük maşını yoldakı beton arakəsməyə çırpılıb.

Hadisə zamanı xəsarət alanın olub-olmaması bilinmir. Qəza nəticəsində nəqliyyat vasitəsinə və yol təsərrüfatına ciddi maddi ziyan dəyib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, “Mersedes” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və beton arakəsməyə çırpılıb:

“Hadisə bu gün saat 08:00 radələrində baş verib. İlkin ehtimallara görə, o yuxulu olub. Bir daha sürücülərdən xahiş edirik ki, yola çıxmadan istirahət rejimlərinə əməl etsinlər. Özləri ilə yanaşı, digər yol-hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmasınlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR