İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda küçəyə atılan körpənin cinsiyyəti bilindi - YENİ DETALLAR

1105 21.01.2023 20:10 Kriminal A A

“Yanvarın 18-də gecə saat 00:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, “Yeni Masazır” yaşayış kompleksində işıqlandırılmayan avtomobil yolunun kənarında sellofan torbada küçəyə atılan uşaq meyiti aşkar edilib. Həmin meyit ərazidən keçən taksi sürücüsü tərəfindən aşkar edilib və Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə məlumat verilib”.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, məlumat əsasında rayon prokurorluğunun və DİN əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilib:

“Həmin uşaq meyiti ərazidən götürülərək xarici və daxili müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertizasına göndərilib. Eyni zamanda ərazidən mümkün olan digər müayinələr aparılıb və sübutlar götürülüb. Hadisə yeni aşkar edildiyindən zəruri prosessual hərəkətlər aparılır.

İlkin müayinə zamanı uşağın cinsiyyəti müəyyənləşdirilib. Bu, qız uşağına aid meyitdir. Yenə də ilkin müayinələr zamanı körpənin bir günlük olduğu düşünülür. Lakin ölüm səbəbi və digər məqamlara dair yekun rəsmi məlumat ekspertizanın son rəyindən sonra bilinəcək”.

Qeyd edək ki, yanvarın 18-də Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpənin valideyni tərəfindən küçəyə atıldığına dair məlumat paylaşılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR