İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Türkiyənin arası İsveçə görə gərginləşib

1039 08.01.2024 12:42 Dünya A A

Ankaranın İsveçin NATO-ya daxil olması prosesini ləngitməsi Türkiyə ilə ABŞ arasında münasibətləri pisləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə T24 məlumat yayıb.

“Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsində ləng hərəkət etməsi münasibətləri praktiki olaraq dalana dirəyib. Keçən ilin iyulunda NATO sammitindən sonra Amerika tərəfi Türkiyənin verdiyi vədlərə əməl etməməsindən şikayətlənirdi”, - nəşr yazır.

Nəşrin qeyd etdiyi kimi, Türkiyə parlamentinin açılışı zamanı baş verən terror aktı, eləcə də oktyabrın 7-də Qəzzada başlayan müharibə Ankaraya bu məsələnin həllində əlini yanına salmaq imkanı verib. “Əslində hökumət İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırmaq niyyətindədir. Bununla belə, neqativ hadisələri də öz xeyrinə çevirməyə çalışır”, - məqalədə qeyd olunur.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı zamanı İsveçin NATO-ya vaxtından əvvəl qəbul olunmasını dəstəkləyib. O əlavə edib ki, ölkənin alyansa qoşulması bütün müttəfiqlərə müsbət təsir edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR