İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və husilər arasında şiddətli toqquşma...

1577 02.01.2024 05:11 Dünya A A

Qırmızı dənizdə ABŞ hərbi gəmisi ilə Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər arasında döyüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Yəməndəki mənbələrə istinadən Sky News Arabia telekanalı məlumat yayıb.

Belə ki, Qırmızı dənizdə husilərə məxsus döyüş gəmiləri ilə ABŞ hərbi gəmisi arasında şiddətli toqquşmalar baş verib.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlamaq niyyətlərini açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR