İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Aİ İrana qarşı sanksiyalar TƏTBİQ ETDİ

434 04.06.2024 09:31 Dünya A A

ABŞ və Avropa İttifaqı İranda hücum PUA-larının istehsalı və Rusiyaya təhvil verilməsi ilə məşğul olan şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

“Birləşmiş Ştatlar bölgədə münaqişəni davam etdirmək və sabitliyi pozmaq üçün İran rejiminin Rusiyaya verdiyi pilotsuz uçuş aparatlarının (PUA) inkişafı, istehsalı, paylanması ilə əlaqəli olan dörd İran qurumuna və bir fiziki şəxsə sanksiyalar tətbiq edir.  Bu qərarlar Avropa İttifaqının İranın dron sənayesi ilə məşğul olan şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etməsi ilə eyni vaxtda qəbul edilib”, - məlumatda deyilir.

 “Biz Aİ-nin İranın Yaxın Şərqdə sabitliyi pozan davranışına və terroru dəstəkləməsinə yönəlmiş yeni sanksiyalarının ilk istifadəsini alqışlayırıq”, - Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Qeyd olunub ki, sanksiyalar “Rayan Roshd Afzar Company” ilə əlaqəli dörd qurumu hədəf alır.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, İran Rusiyanı açıq şəkildə təkcə pilotsuz təyyarələrlə deyil, həm də raketlərlə təmin edir.

“Bild” nəşri bildirib ki, İran Rusiyaya ən son “Qaim-5” hava bombalarını verən ilk ölkə olub. Nəşr yazır ki, bu, Tehranla Kreml arasında hərbi əməkdaşlığın yeni səviyyəyə çatdığını göstərir. İranın özündə bu bombalar cəmi beş il əvvəl silahlanmaya qəbul edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR