İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ üç ölkəyə QOŞUN GÖNDƏRİR

937 09.03.2024 17:55 Dünya A A

ABŞ Konqresi Sakit Okean hövzəsindəki üç ölkəyə qoşun göndərmək müqabilində 7,1 milyard dollar maliyyə ayrılmasını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Söhbət Palau, Marşal adaları və Mikroneziya kimi ölkələrdən gedir.

"Konqres ABŞ-ın Sakit okeandakı ada ölkələri ilə müqavilələrini maliyyələşdirməyi nəzərdə tutan qanun layihəsini qəbul edib", - deyə nəşr yazıb.

Vəsait 460 milyard dollarlıq xərclər paketinin bir hissəsi kimi ayrılıb.

Nəşrin məlumatına görə, ada dövlətlərinin ərazisi kiçik olsa da, ərazi sularının sahəsi təxminən dörd min kvadrat kilometrdir. Razılaşmaya əsasən, ABŞ ölkələrin ərazisində raketlər və radiolokasiya stansiyaları yerləşdirə, həmçinin qitələrarası ballistik raketləri sınaqdan keçirə bilər.

Məqalədə vurğulanır ki, bu üç ölkənin ərazi suları ABŞ-a Sakit okean regionuna kritik çıxış əldə etməyə imkan verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR