İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ silah sənayesinin yeni möcüzəsi ortaya çıxdı - Bu strateji savaşda bütün vəziyyəti dəyişə bilər

1334 11.11.2023 16:46 Dünya A A

ABŞ hərbçiləri bu həftə “B-21 Raider” xüsusi görünməz təyyarəni sınaqdan keçiriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu təyyarələr görünməz şəkildə istənilən hədəfə yaxınlaşaraq nüvə zərbəsi endirə bilir.

“B-21 Raider”, Northrop Grumman şirkəti tərədindən hazırlanıb və ilk uçuşunu Kaliforniyanın Palmdeyl şəhərinə həyata keçirib.

ABŞ Hərbi Hava Qüvvələri məşhur “B-1 Lancet” və “B-2 Spirit” bombardmançılarının əvəzələyəcək bu təyyarələrdən 100-nü qəbul etməyi planlaşdırır.

Qeyd edək ki, təyyarələrin bir ədədinin qiyməti 650-750 milyon ABŞ dollarıdır. Ümumilikdə Pentaqon üçün bu proqramın reallaşmasına görə 50 milyard pul ayrılıb.

Təyyarənin pilotlu və pilotsuz versiyalarının hazırlandığı gələn xəbərlər arasındadır.

Hərbi Hava Qüvvələrinin sözçüsü Enn Stefanekin sözlərinə görə “ABŞ-a, onun müttəfiqlərinə və tərəfdaşlarına qarşı strateji hücumların qarşısını almaq üçün uzun mənzilli, sarsıdıcı zərbə imkanlarına malik bu təyyarə çox vacibdir. “B-21 Raider” son 30 ildə ilk yeni Amerika bombardmançısıdır və onun istehsalı ilə bağlı hər şey yüksək məxfilikdə saxlanılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR