İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Macarıstana xəbərdarlıq etdi: “Putinə kömək etsəniz,...”

1394 26.01.2024 16:02 Siyasət A A

 

“Macarıstan hakimiyyəti daxili siyasi məqsədləri naminə Rusiyanı dəstəkləyir, Aİ və NATO-nun işinə müdaxilə edir, ABŞ isə müttəfiqlərindən belə hərəkətlər gözləmir”. 

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman “The Financial Times” (FT) qəzetinə müsahibəsində deyib. O, ABŞ-ın “təsir rıçaqlarından” istifadə etməyə hazır olduğunu açıqlayıb:

“Baş nazir Viktor Orbanın dövründə Macarıstanın xarici siyasəti xəyali işğalçılara və xəyali “unqarofobiya”ya əsaslanır, hökumətin daxili siyasi məqsədlərinə xidmət edir, lakin nəticə etibarilə bu, fantaziyadır. Birləşmiş Ştatlarla münasibətlərin siyasiləşdirilməsi, xüsusən də Donald Trampın prezidentlik ambisiyalarına açıq dəstək və ABŞ-ın hazırkı prezidenti Co Baydenin vəzifədən getməsinə çağırışlar Orbanı “əvvəlkindən daha təcrid olunmuş və tənha” qoyub”.

Səfir Macarıstanın Rusiyaya qarşı sanksiyaların tətbiqinə  müqavimətini, habelə Ukraynanın Avropa və Atlantik məkana inteqrasiyasını, maliyyə və hərbi dəstəyini xatırladıb. O qeyd edib ki, müttəfiqlərdən gözlənti bu deyil. ABŞ səfirinin sözlərinə görə, Macarıstanın hazırkı siyasəti şübhəsiz ki, Putin üçün faydalıdır və onun təcavüzünə müqavimət göstərmək üçün alyansın və tərəfdaşların birliyini qorumaq üçün ehtiyatlı səylərə zərər verir.

Pressman bildirib ki, “Kreml təbliğatı və dezinformasiyası” daim Macarıstan hökumətinin nəzarətində olan və ya hökumətin dəstəklədiyi media tərəfindən yayılır.

Diplomat Orbanın dekabrda verdiyi bəyanatı xatırladıb: “Baş nazir bloklanan milyardlarla avro vəsait mövzusuna toxunub. Orban bu vəsaitin Ukraynaya göndəriləcəyini və nəticədə ABŞ-dakı silah istehsalçılarına çatacağını təklif edib. O deyib ki, amerikalılar olan yerdə pul var, ət olan yerdə isə milçəklər var.

ABŞ səfiri FT-yə müsahibəsində bu şərhi “Kreml təbliğatı” ruhunda son dərəcə təəssüfləndirici kimi qiymətləndirib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR