İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya görə Avropa şirkətlərini sanksiya siyahısına saldı

472 16.11.2023 20:23 Dünya A A

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, sanksiya siyahısına üç neft tankeri, 10 Rusiya şirkət və təşkilatı əlavə edilib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatında qeyd olunur ki, “Kazan Shipping Inc.”lə əlaqəli olan “Kazan”, “Progress Shipping Company ltd.” ilə əlaqəli olan “Ligovsky Prospect” və “Gallion Navigation Inc.”lə əlaqəli “NS Century” tankerləri qiymət tavanından yuxarə satılan Rusiya neftini daşıdıqlarına görə sanksiya siyahısına salınıblar.

Tankerlərin 3-ü də Liberiya bayrağı altında qeydiyyatdan keçib.

ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilən şirkətlər ABC Electrical Engineering, Esset Automation, Esset Electro, Dominion Nikolsky, Dominion Tverskaya-Yaroslavskaya, Ümumrusiya Elmi-Tədqiqat, Layihə və Rele İstehsalının Texnoloji İnstitutu, ABC ZEiM Automation, Mosen Asset Management, VNIIR Gidroelektroavtomatika, VNIIR Promelektro və VNIIR-Transstroy-dir. Sanksiya siyahısında olmaq ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və ya şirkətlərinin bu şirkətlərlə iş aparmasının qadağan edilməsi deməkdir.

Birləşmiş Ştatlar Qərbi Balkanlardakı fiziki və hüquqi şəxsləri də Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiklərinə görə sanksiya siyahısına salıb. Onlar Qərbi Balkan ölkələrindən olan 2 fiziki və 12 hüquqi şəxsdir.

Həmçinin Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniyadan olan səkkiz fiziki və altı hüquqi şəxs də sanskiya siyahısına daxil edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR