İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya nefti ilə bağlı yeni istisnalardan imtina edə bilər

553 24.06.2026 22:22 Dünya A A

ABŞ Rusiya neftinin alınmasına dair sanksiya istisnalarının yenilənməsindən imtina edə bilər, lakin yekun qərarı ABŞ prezidenti Donald Tramp verəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib. O, Vaşinqtonun Rusiya neftinin alınması üçün yeni lisenziyalar vermək ideyasından imtina edib-etməməsi ilə bağlı suala cavabında “potensial olaraq, bəli” deyib.

“Bu, istisnaların müddətinin başa çatacağı tarix yaxınlaşdıqca prezidentin qəbul etməli olduğu qərardır”, - Rubio qeyd edib.

Onun sözləri iyunun 17-də Rusiya nefti ilə bağlı məhdud əməliyyatlara icazə verən sonuncu ABŞ lisenziyasının qüvvədən düşməsindən bir həftə sonra səslənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR