İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ pilotundan SENSASİON ETİRAF: "Vurulmazdan əvvəl İran səmasında o qorxulu mənzərəni gördüm..."

1591 24.06.2026 07:55 Dünya A A

Cari ilin aprel ayında İran səmasında vurulan və daha sonra xüsusi təyinatlılar tərəfindən uğurlu əməliyyatla xilas edilən ABŞ-yə məxsus "F-15" qırıcı təyyarəsinin pilotu, katapult etməzdən (təyyarəni tərk etməzdən) əvvəl şokedici bir mənzərənin şahidi olduğunu bildirib.

Musavat.com xəbər verir ki, məsələdən agah olan dörd fərqli mənbənin CNN-ə verdiyi məlumata görə, pilot havada meduzaya bənzər bir strukturda, tamamilə vahid şəbəkə halında hərəkət edən çox sayda İran pilotsuz uçuş aparatı (PUA) gördüyünü təsvir edib.

Əvvəllər heç bir media orqanında dərc olunmayan bu gizli məlumatı "F-15" qırıcısının pilotu hadisədən dərhal sonra kəşfiyyat rəsmiləri ilə sorğu-sual zamanı bölüşüb. Sızan bu iddia ABŞ kəşfiyyatında hələ də həllini tapmamış böyük bir müzakirə və mübahisə dalğasına səbəb olub.

Hərbi ekspertlər qeyd edirlər ki, əgər pilotun təsvir etdiyi mənzərə, yəni onlarla dronun tam sinxron və süni intellekt əsaslı texnologiya ilə hərəkət etməsi doğrudursa, bu, Tehranın hərbi sənayedə həyəcan təbili çalacaq dərəcədə ciddi və qorxulu bir irəliləyişə nail olduğunu göstərir.

Belə bir texnologiya hava hücumundan müdafiə sistemlərini asanlıqla sıradan çıxarmaq gücünə malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR