İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin ən yaşlı adamının uzunömürlülüyünün sirləri

873 01.07.2024 13:03 Dünya A A

ABŞ-dən olan 110 yaşlı kişi beynini elmə verən ən yaşlı sağlam donor olub.

Musavat.com xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazır.

2024-cü ildə Morri Markoff qısa müddət ərzində ABŞ-da yaşayan ən yaşlı kişi olub, lakin o, iyunun əvvəlində vəfat edib. Qocalmasına baxmayaraq, Markoffun zehni açıq olub və nevroloji xəstəliklərdən əziyyət çəkməyib. Onun beyninin tədqiqi tədqiqatçılara “Beyin donoru layihəsi” vasitəsilə koqnitiv tənəzzülü və qocalmanı anlamağa kömək edə bilər.

Markoffun qızı Cudit Hansen atasının uzunömürlülüyünün sirlərini açıqlayıb. Onun sözlərinə görə, kişi həmişə sağlam qidalanmaya riayət edib və fiziki cəhətdən aktiv olub. Həyat yoldaşı Betti ilə birlikdə o, uzun illər ərzində hər gün beş kilometr məsafə qət edərək gəzintiyə çıxıb. Markoffun 90 illik yubileyindən sonra da cütlük vərdişlərini dəyişməyiblər. Son illərdə yaşı yüzü adlamış adam evdə nahar süfrəsi ətrafında gəzir və bu marşrutu özünün "yarış treki" adlandırırmış.

Markoff emal olunmuş və çoxlu əlavələr edilmiş qidalardan uzaq durub. O, evdə hazırlanan yeməklərə üstünlük verib və hər şeydə mülayimliyi qorumağa çalışıb. Bundan əlavə, ailə plastik su qablarından istifadə etməyib.

Eyni zamanda, Markoff irəli yaşda olsa da, hər şeylə maraqlanır, çox oxuyur və biliklərini başqaları ilə bölüşürmüş. 2000-ci ildən sonra isə o, hər gün yazmağa başlayıb və tezliklə öz kitabını nəşr etdirib. Markoff 103 yaşında kitab tədbirlərində iştirak edib və oxuculara avtoqraf verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR