İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatından ŞOK AÇIQLAMA - Qırmızı dənizdə İRAN İZİ

844 23.12.2023 16:28 Dünya A A

"Yeni məxfi kəşfiyyat məlumatları İranın Qırmızı dənizdə ticarət gəmilərinə qarşı əməliyyatların planlaşdırılmasında iştirak etdiyini göstərir".

Musavat.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Eydrienn Uotson CNN-ə bildirib.

Onun sözlərinə görə, Yəmən husiləri son dörd həftə ərzində Qırmızı dənizdən keçən onlarla ticarət gəmisinə 100-dən çox hücum həyata keçirib.

ABŞ kəşfiyyatı iddia edir ki, İranın dəstəyi husilərə dənizdəki hədəflərə hücumlar həyata keçirməyə imkan verib. Baxmayaraq ki, İran əməliyyat qərarlarının verilməsi səlahiyyətini husilərə həvalə edib.

Kəşfiyyat məlumatlarına görə, İran husiləri dəniz məkanında fəaliyyət göstərməyə imkan verən monitorinq sistemləri ilə təmin edib.

Uotson bildirib ki, husilərin hücumlarda istifadə etdiyi pilotsuz təyyarələr və raketlər 2015-ci ildən bəri üsyançı qrupun silahlanmasının bir hissəsi kimi İran tərəfindən təmin edilib.

Qeyd edək ki, bu həftə ABŞ "Prosperity Guardian" əməliyyatına başlayıb. Əməliyyat Qırmızı dənizin cənubunda təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır. Pentaqon bildirib ki, bu günə qədər 20-dən çox ölkə bu təşəbbüsə qoşulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR