Amerika kəşfiyyatı Venesuelada 2020-ci il parlament seçkilərini prezident Nikolas Maduro hökumətinin xeyrinə saxtalaşdırmaq üçün sui-qəsd planını aşkarlayıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Amerika xalqına müraciətində açıqlayıb: "Bu gün biz Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada Maduro lehinə çoxlu sayda səs toplamaq üçün konkret bir plan haqqında məlumat aldığını və bunu həyata keçirdiyini göstərən sənədləri açıqlayırıq. 2020-ci ildə öz seçkilərini elektron şəkildə saxtalaşdırmaq üçün sui-qəsd planı var idi və onlar bunu etdilər".
Qeyd edək ki, Venesuelada sonuncu parlament seçkiləri 6 dekabr 2020-ci ildə keçirilib. Seçkilərin qalibi kimi hökuməti dəstəkləyən "Böyük Vətənpərvər Qütb" partiyası elan olunsa da, Venesuela müxalifəti prosesin saxtalaşdırıldığını elan edib. Seçkilərdən sonra ölkdə böyük etirazlar baş verib.
Musavat.com






