İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Karib hövzəsində hərbi mövcudluğunu gücləndirir: F-35 qırıcıları Venesuela yaxınlığına yerləşdirilir

267 13.12.2025 00:20 Dünya A A

ABŞ Karib regionunda hərbi fəallığını artırır.

Musavat.com xəbər verir ki, War Zone nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton əlavə F-35A Lightning II qırıcılarını Karib hövzəsində yerləşən aviabazaya köçürür.

Bildirilir ki, söhbət Puerto-Rikodakı Ruzvelt-Rouds aviabazasından gedir. Həmin baza Venesuela sahillərindən təxminən 850 kilometr məsafədə yerləşir və hazırda orada 10 ədəd F-35 qırıcısından ibarət eskadrilya artıq mövcuddur.

Qeyd edək ki, daha əvvəl Venesuela Prezidenti Nikolás Maduro ABŞ-la münasibətlərdə gərginliyin artacağı təqdirdə ölkəsinin “silahlı respublika rejiminə” keçməyə hazır olduğunu bəyan etmişdi.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp dəfələrlə Venesuelada fəaliyyət göstərən “narkokartellərə qarşı quru əməliyyatına başlamaq planlarından” danışıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR