İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İsveçdəki hərbi obyektlərə çıxış əldə edəcək

277 06.12.2023 12:27 Dünya A A

ABŞ yeni müdafiə sahəsində əməkdaşlıq sazişinin bir hissəsi olaraq İsveçdəki 17 yaşayış məntəqəsindəki hərbi obyektlərə çıxış əldə edəcək.

“Report” xəbər verir ki, bu barədə İsveç hökuməti bəyanat yayıb.

Bildirilib ki, buraya poliqonlar, hərbi şəhərciklər, limanlar, hərbi hava bazaları və aeroportlar daxildir.

Qeyd edilib ki, saziş İsveç parlamenti tərəfindən təsdiqlənməlidir. Üstəlik, bu ölkənin parlamentinin Konstitusiyaya müvafiq düzəlişlər qəbul etməsi lazımdır.

Xatırladaq ki, ötən gün ölkələr arasında bu sahədə tərəfdaşlığın genişlənməsinə səbəb olan Müdafiə Əməkdaşlığı Sazişi imzalanıb. ABŞ-nin bir çox Avropa ölkələri ilə oxşar sazişləri var. Hazırda bu istiqamətdə Finlandiya və Danimarka ilə danışıqlar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR