İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın mərkəzi komandanlığının rəhbəri İsrailə getdi: Yaxın Şərqdə gərginlik artır

748 24.01.2026 17:13 Dünya A A


ABŞ-ın silahlı qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin artırılması fonunda İsrailə səfər edib.

Musavat.com xəbər verir ki, “The Times of Israel” nəşrinin və İsrail mediasının məlumatına görə, admiral İsraildə yüksək vəzifəli rəsmilərlə qapalı görüşlər keçirəcək, lakin bu səfər hələlik nə Vaşinqton, nə də Təl-Əviv tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Məlumata görə, səfərin əsas məqsədi bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etmək, Qəzza zolağındakı hərbi-siyasi proseslər, eləcə də İranla bağlı riskləri dəyərləndirməkdir. ABŞ-ın bölgədə hərbi mövcudluğunu gücləndirməsi fonunda bu səfər Vaşinqtonun Yaxın Şərqdə mümkün eskalasiya ssenarilərinə hazırlaşdığını göstərir.

Bundan əlavə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, sabiq prezident müşaviri  Kuşnerin də İsrailə səfər edəcəyi bildirilir. Onların baş nazir Benyamin Netanyahu ilə Qəzza və İran məsələləri üzrə danışıqlar aparacağı ehtimal olunur.

Qeyd edək ki, son həftələr Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib və bu, ABŞ-ın bölgədə hərbi və diplomatik fəallığını artırmasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR