İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ermənipərəst senatoruna ETİRAZ

706 27.12.2023 16:10 Dünya A A

Ermənipərəst senator Robert Menendes korrupsiya ittihamı ilə mühakimə olunduğu Nyu Cersi ştat məhkəməsindən prosesin ən azından seçkilərə qədər təxirə salınmasını xahiş edib.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, federal prokurorlar senatorun bu tələbinə etiraz ediblər. Nyu-Yorkun Cənub Bölgəsi prokuroru Damian Uilyams ABŞ-ın Dairə Hakimi Sidney Ştayna verdiyi ərizəsində məhkəmənin 6 may 2024-cü ildə başlamasını uyğun hesab etdiklərini söyləyib.

Qeyd edək ki, 69 yaşlı Menendes həyat yoldaşı Nadin Arslanyan ilə birlikdə iş adamları Vael Hana, Xose Uribe və Fred Daibesə kömək etmək üçün rüşvət almaqda, o cümlədən 150 min dollardan çox qızıl külçələr və “Mercedes-Benz” kabriolet almaqda ittiham olunur. Senatın Xarici Əlaqələr komitəsinin keçmiş sədri həm də Misir hökumətinin agenti kimi fəaliyyət göstərməkdə suçlanır. Senator gələn təzyiqlərə rəğmən, istefa verməkdən imtina edib. Son sorğular Robert Menendesin gələcək yarışda rəqibi Endi Kimdən xeyli geri qaldığını göstərir. Nyu Cersi ştatının birinci xanımı Tammi Merfi də Senat seçkilərində Menendeslə mübarizə aparacağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR