İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın cənub ştatlarına vampirlərin basqını gözlənilir

2834 05.12.2023 20:17 Dünya A A

Alimlər ABŞ-ın cənubunun quduzluq virusları daşıyan qansoran yarasalar tərəfindən işğal olunacağını proqnozlaşdırıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ScienceAlert məlumat yayıb.

Virginia Tech və dövlət universitetində bioloqlar tərəfindən aparılan araşdırma “vampir yarasalar” adlandırılan “Desmodus rotundus” yarasalarının yaxın onilliklərdə cənuba yayıla biləcəyini göstərir. Bu heyvanlar Mərkəzi və Cənubi Amerikada geniş şəkildə yaşayırlar.

“Biz aşkar etdik ki, vampirlərin yayılma diapazonu iqlim dəyişikliyi səbəbindən tədricən şimala doğru dəyişib. Bu, həm də Latın Amerikasında quduzluq hallarının sayının artmasına uyğundur”, - deyə tədqiqatçı Peyc Van de Vurst bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR