İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ-ın bəyanatları Fransanın bəyanatları ilə üst-üstə düşür"

832 17.11.2023 14:44 Siyasət A A

 

 

“İstər Qərbin, istərsə də ABŞ-ın bəzi siyasətçilərinin Azərbaycanla bağlı qərəzli bəyanatlar verməsinin məqsədi Ermənistanı vasitə kimi istifadə etməkdir. Bu gün onlar öz nüfuzlarını qaytarmaq və bölgədə söz sahibi olmaq üçün belə addımlar atırlar”.

Bu fikirləri Musavat.com-a millət vəkili Arzu Nağıyev deyib. Millət vəkilinin fikrincə, məqsəd həm də bölgədə Türkiyə və Rusiyanın nüfuzunun artmasının qarşısını almaqdır: “KTMT üzvlüyündən çıxmaq üçün Ermənistanı ciddi-cəhdlə təhrik edirlər. ABŞ-ın bəyanatları Fransanın bəyanatları ilə üst-üstə düşür. Onlar “etnik təmizləmə”, “qovulma” ifadələrini işlədirlər. Bu isə absurddur. Azərbaycanın müstəqil daxili və xarici siyasəti var. Bəzi siyasətçilərin qərəzli bəyanatlarının ABŞ-Azərbaycan münasibətlərinə həddən artıq ciddi təsir edə biləcəyini düşünmürəm.

ABŞ Azərbaycanı dünyanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında iştirak edən dövlət kimi tanıyır. XİN-in bəyanatı da var. Bir neçə dövlət vasitəçi olmaq, sülh müqaviləsinin imzalanmasında iştirak etmək istəyir. Bizə isə kənar qüvvə lazım deyil. Sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Biz təkliflərimizi təqdim etmişik. Qalib və diktə edən tərəf kimi cavab gözləyirik”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR