İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ HƏRƏKƏTƏ KEÇDİ - 1 milyard dollarlıq sursat GÖNDƏRİR

1556 15.05.2024 14:44 Dünya A A

ABŞ administrasiyası İsrailə ən azı 1 milyard dollarlıq sursat göndərilməsi barədə Konqresə məlumat verib.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, silah tədarükünü davam etdirmək qərarı Baydenin İsrail hakimiyyəti ilə fikir ayrılıqlarını dərinləşdirmək istəmədiyini vurğulayır.

Məlumata görə, İsrailə tədarük edilməsi planlaşdırılan silahlar arasında tank sursatları, hərbi maşınlar və minaatanlar var.

Belə ki, satışı başa çatdırmaq üçün Konqresin icazəsi tələb olunur.

Xatırladaq ki, mayın 9-da ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada İsrailin Rəfaha hücum edəcəyi təqdirdə ona silah yardımını dayandıracağını bildirib. Bu bəyanata həm ABŞ-da Respublikaçılar Partiyası, həm də İsrail tərəfindən reaksiya verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR