"The New York Times" (NYT) qəzetinin yaydığı məlumata görə, ABŞ hakimiyyəti əcnəbi vətəndaşların "Anthropic" şirkətinə məxsus ən qabaqcıl süni intellekt modellərindən istifadə etməsini rəsmən qadağan edib.
Musavat.com xəbər verir ki, Vaşinqton rəhbərliyi milli təhlükəsizlik mülahizələrini əsas gətirərək, şirkətin ən güclü sistemləri hesab olunan "Mythos" və "Fable 5" modellərinin istifadəsinə kəskin məhdudiyyətlər tətbiq edib.
Sözügedən qərarla bağlı sosial şəbəkələrdə açıqlama yayan "Anthropic" şirkəti bildirib ki, qoyulan hüquqi tələblərə əməl etmək üçün "Fable 5" və "Mythos 5" sistemlərini bütün xarici müştəriləri üçün qəfildən söndürmək məcburiyyətində qalıb. Bu sərt məhdudiyyət eyni zamanda "Anthropic" şirkətinin özündə çalışan əcnəbi mütəxəssislərə və mühəndislərə də şamil olunub.
Şirkət rəhbərliyi isə ağ Evin bu qərarı ilə razılaşmadığını, tətbiq edilən qadağanın həddindən artıq və şişirdilmiş olduğunu bəyan edib. Şirkət rəsmiləri hazırda xarici istifadəçilərin sistemə girişini yenidən bərpa etmək üçün yollar axtardıqlarını və bu istiqamətdə iş apardıqlarını vurğulayıblar.
Musavat.com






